ADA Universitetində Şimali Kipr Türk Respublikasının Prezidenti ilə görüş keçirilib
Oktyabrın 13-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın tələbələrlə görüşü keçirilib.AZƏRTAC xəbər verir ki, tədbiri giriş nitqi ilə açan universitetin rektoru Hafiz Paşayev qonağı salamlayıb.
Daha sonra çıxış edən Ersin Tatar qardaş ölkə Azərbaycanla siyasi, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığın davam edəcəyinə əminliyini vurğulayıb. Onun sözlərinə görə, Şimali Kipr və Azərbaycanın xalqları oxşar taleləri yaşayıblar. Qeyd edib ki, Azərbaycanla eyni millətin övladları olan Şimali Kipr türklərinin kədəri və sevinci birdir. Ölkəsinin ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin də təhsil aldığını vurğulayan Ersin Tatar bu sahədə əməkdaşlığın gücləndirilməsi niyyətində olduğunu qeyd edib.
Sonda Şimali Kipr lideri tələbələrin suallarını cavablandırıb.
Tarix: 13-10-2023, 21:12
Xəbəri paylaş