Azərbaycan Texnologiya Universiteti ilə “ATS Food” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Bu məqsədlə “ATS Food” MMC nümayəndələri Azərbaycan Texnologiya Universitetində olub. Qarşılıqlı əməkdaşlığın imkanları və perspektivləri müzakirə edildikdən sonra hər iki müəssisə arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. Yaşar Ömərovla “ATS Food” MMC-nin icraçı direktoru Tural Hacıyev imzalayıb.
Memorandum elmi nailiyyətlərin müəssisədə tətbiqi, təcrübə proqramları, fənn proqramlarının uyğunlaşdırılması, təlim mərkəzinin yaradılması, məzunların işlə təminatı kimi məsələləri əhatə edir.
Qeyd edək ki, “ATS Food” ölkədə qida sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin missiyası istehsal və emal sahələrini inkişaf etdirməkdir. ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir.
Tarix: 13-10-2023, 10:33