Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib


 

Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Fəxri xiyabanı  və Şəhidlər xiyabanını ziyarət edib.
 
BDU kollektivi Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyub.
 
BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
 
Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın və BDU kollektivinin qəlbində əbədi yaşayacaq!


Tarix: 27-09-2023, 12:37

Xəbəri paylaş