Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub


Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Səmərqənd Dövlət Universitetinin rektoru, Özbəkistan Respublikası Ali Məclisinin Senatının üzvü, professor Rustam Xalmuradov ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə E.Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm-təhsil müəssisələri xüsusi rola malikdir. Azərbaycan ilə Özbəkistanın münasibətləri yüksələn xətlə inkişaf edir.
Rektor BDU və Özbəkistanın ali məktəbləri arasında uğurlu əməkdaşlığın təhsil sahəsində əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini ifadə edib.
Sonra iki universitet arasında təhsil və elm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.


Tarix: 26-09-2023, 21:10

Xəbəri paylaş