Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU “QS EUROPE” və “QS WESTERN ASIA” reytinqlərində

 

  
“QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan “QS EUROPE” reytinqi üzrə Avropada yerləşən 42 ölkədən 690 ali təhsil müəssisəsinin nəticələri açıqlanıb.  
Bakı Dövlət Universiteti (BDU) fakültə-tələbə (faculty-student ration) nisbətinə görə Avropa üzrə 90-cı, Azərbaycan üzrə isə 1-ci yerdə qərarlaşıb.  
Beynəlxalq tədqiqat şəbəkəsi (international research network) indikatoru üzrə BDU Azərbaycan ali təhsil müəssisələri arasında 1-ci olaraq müəyyənləşib.  
Bununla yanaşı, BDU akademik reputasiya (academic reputation) və fakültə üzrə elmi məqalə nisbətinə (paper per faculty) görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb. “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan digər “QS WESTERN ASIA” reytinqi üzrə isə BDU 19-cu yerdə müəyyənləşib.   


Tarix: 21-09-2023, 11:00

Xəbəri paylaş