Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeniləşən məktəblərimiz - bölgələrdə yeni təhsil müəssisələrinin açılışları olub

Sentyabrın 15-də Biləsuvar rayonu K.Ağayev adına texniki fənlər təmayüllü internattipli məktəb-lisey əsaslı təmirdən sonra istifadəyə verilib.
 
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov, Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər. 
 
Tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
 
Bildirilib ki, 624 şagird yerlik məktəb-liseydə sinif otaqları, fənn kabinetləri, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək.
 
***
 
Sentyabrın 15-də Gəncə şəhəri N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
 
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə  –  Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələrinin üzvləri, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər. 
 
Tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
 
Qeyd edilib ki, 960 şagird yerlik məktəb binasında 21 sinif otağı,  fizika,  kimya,  biologiya,  informatika kabinetləri, məktəbəhazırlıq və STEAM otaqları, 150 nəfərlik akt zalı, kitabxana, yeməkxana və idman zalı fəaliyyət göstərir.
 
***
 
Sentyabrın 15-də Göyçay rayonu Bığır kənd N.İsmayılov adına tam orta məktəbin yeni tikilmiş binasının açılış mərasimi olub.
 
Açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
 
Tədris ocağında yaradılan şəraitlə tanış olan tədbir iştirakçılarına məlumat verilib ki, yeni tikilmiş məktəb binası 264 şagird yerlikdir. Məktəbdə 11 sinif otağı ilə yanaşı, hər cür avadanlıqlarla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, tibb otaqları, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
 
Yeni tədris ilində məktəbdə 225 şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olacaq.
 
***
 
Sentyabrın 15-də Saatlı rayonu Azadkənd kənd tam orta məktəbinin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Mil - Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəb kollektivi iştirak ediblər. 
 
Tədbir iştirakçıları yenidən tikilmiş məktəbdə yaradılmış şəraitlə tanış olublar. 
 
Bildirilib ki, məktəb 320 şagird yerlikdir. Təhsil müəssisəsində müasir sinif otaqları ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.
 
***
 
Sentyabrın 15-də Quba rayonu Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin yeni tədris binası istifadəyə verilib.
 
Məktəbin açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə tanış olublar.
 
Bildirilib ki, 360 şagird yerlik məktəbdə sinif otaqları ilə yanaşı, fənn kabinetləri, idman və akt zalları, yeməkxana, tibb otağı, emalatxana, kitabxana fəaliyyət göstərəcək. 
 
Cari tədris ilində məktəbdə 290 şagird təhsil alacaq  və onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olacaq.
 
***
 
Sentyabrın 15-də Ağdam rayonu R.Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin yeni tədris binasının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayonu üzrə təhsil sektorunun müdiri Tahir Abbasov və digər qonaqlar iştirak ediblər. 
 
Məktəbdə yaradılmış şəraitlə tanış olan tədbir iştirakçılarına məlumat verilib ki, Ağdam rayonu Mahrızlı kənd tam orta məktəbinin tədris binası iki mərtəbədən ibarətdir. Məktəbdə sinif otaqları ilə yanaşı,
 
laboratoriyalar, texnologiya və çağırışaqədərki hazırlıq kabinetləri, akt və idman zalları, kitabxana, yeməkxana, tibb otağı mövcuddur. 
 
Məktəb 320 şagird yerlikdir. Tədris ocağında 33 müəllim və 14 texniki işçi fəaliyyət göstərəcək.
 
***
Sentyabrın 15-də Ağcabədi rayon Poladlı kənd tam orta məktəbi üçün inşa olunmuş tədris binasının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Emil Aslanov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev, müəllim və şagirdlər iştirak ediblər.
 
Tədris ocağında yaradılmış şəraitlə tanış olan qonaqlara bildirilib ki, ikimərtəbəli məktəb 300 şagird yerlikdir.  Məktəbdə 34 müəllim və 16 texniki işçi fəaliyyət göstərəcək.
 
***
 
Sentyabrın 15-də Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin yeni tikilmiş binasının açılış mərasimi keçirilib. 
 
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi  təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev, millət vəkili Sahib Əliyev, Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və digər qonaqlar iştirak ediblər. 
 
Qeyd edilib ki, yeni məktəb binası müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemi ilə təchiz edilib və mərkəzləşdirilmiş istilik sistemi yaradılıb.  Məktəbin həyətyanı sahəsində ehtiyat su anbarı, qazanxana tikilib, həmçinin müasir işıqlandırma sistemi qurulub.
 
Məktəb binası 3 korpus, iki mərtəbədən ibarətdir. Tədris ocağında 15 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, həmçinin informatika, çağırışaqədərki hazırlıq, texnologiya, məktəbəhazırlıq otaqları, idman və akt zalları, yeməkxana fəaliyyət   göstərir.  
 
Məktəb 360 şagird yerlikdir və onların təlim-tərbiyəsi ilə 36 müəllim məşğul olacaq.







Tarix: 15-09-2023, 21:19

Xəbəri paylaş