Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət proqramları çərçivəsində təhsil alacaq 
iştirakçılarla görüş keçirilib

Sentyabrın 13-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023/2024-cü tədris ilində dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış proqram iştirakçıları, eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın bir qrup məzununun iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “2007-2015 Dövlət Proqramı” məzunu Türkər Qasımzadənin tərəfindən təsis edilən “Cadenza” orkestrin milli və klassik musiqi əsərlərinin ifası ilə başlayıb. Ardınca elm və təhsil naziri Emin Əmrullayev və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov tələbələrə öz təbriklərini çatdırıb, onlara gələcək təhsilləri ilə bağlı vacib tövsiyələr verib. Daha sonra Əməkdar artist, “2007-2015 Dövlət Proqramı” məzunu, skripkaçı Ceyla Seyidovanın ifası dinlənilib.
Qeyd edək ki, 2023–2024-cü tədris ili üzrə “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb.
Onlardan 9 nəfəri “Harvard University”, 2 nəfəri “Massachusetts Institute of Technology”, 2 nəfəri “University of Oxford”, 8 nəfəri “Imperial College London”, 2 nəfəri “ETH Zurich” və digər universitetlərdə təhsil almaq hüququ əldə edib.


Tarix: 13-09-2023, 22:09

Xəbəri paylaş