Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ağdam rayonu Baharlı – 1 qəsəbə məktəbinin açılışı olub



Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam orta məktəb üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib. 
  
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər. 
  
Məlumat verilib ki, 432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. 
  
Açılış mərasimində tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar
 
 


Tarix: 7-09-2023, 21:11

Xəbəri paylaş