Emin Əmrullayev: Təhsildə güzəşt eləmək Vətənə xəyanət etmək kimi bir şeydir
Təhsildə güzəşt eləmək Vətənə xəyanət etmək kimi bir şeydir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil. Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq.
Nazir deyib ki, sertifikatlaşdırmadan keçə bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam vermək ağırdır, lakin başqa yol yoxdur.
Tarix: 6-09-2023, 18:30
Xəbəri paylaş