Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU və Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb


 
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Protokolu BDU-nun rektoru  Elçin Babayev və Türkiyənin Eskişehir Texniki Universitetinin rektoru Adnan Özcan imzalayıb.
Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, əsası 2018-ci ildə qoyulmuş Eskişehir Texniki  Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Eskişehir Texniki  Universitetində beş fakültə, iki məktəb, dörd araşdırma mərkəzi fəaliyyət göstərir.


Tarix: 14-08-2023, 17:07

Xəbəri paylaş