ADNSU rektor əvəzi Paris Azərbaycan Evinin prezidenti ilə görüşüb
İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Paris Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ilə görüşüb.
ADNSU barədə qonağa ətraflı məlumat verən Vazeh Əskərov bu təhsil ocağının tarixi və inkişafı ilə bağlı mühüm məqamları onun diqqətinə çatdırıb. Görüşdə həmçinin Fransadakı Azərbaycan diasporasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Daha sonra qonaq ADNSU-nun muzeyi və kitabxanası ilə tanış olub.
Tarix: 25-07-2023, 21:59
Xəbəri paylaş