Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində olub




 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin rəhbərlik ediyi nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində olub. 
Heyət əvvəlcə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla görüşüb. Görüş zamanı 20 iyul 2023-cü il tarixində imzalanmış memorandumun icrası, eləcə də əməkdaşlığın genişləndirilməsi   məsələləri müzakirə edilib. 
Daha sonra nümayəndə heyəti tələbələrlə görüşüb. Təqdimat zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov tələbələrə bildirib ki, Dövlət Məşğulluq Agentliyi ilə qurulan əlaqələr ATU məzunlarının, eləcə də tələbələrinin gələcəkdə iş əlçatanlığının təmin edilməsinə, karyera inkişafını daim diqqətdə saxlamağa hesablanıb.   
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və vətəndaşların məşğulluğu ilə bağlı tələblərdən, ixtisasla yanaşı peşə bacarıqlarına yiyələnməyin vacibiliyindən danışıb. Sədr 10 universitetin müvafiq məlumatlarının əks olunduğu “Məzunların məşğulluq reytinqi” portalı barədə məlumat verib. Bildirib ki, portalda tezliklə ATU məzunlarının bazası da əks olunacaq və portal real vaxt rejimində universitet məzunlarının əmək bazarına giriş müddətini, hansı əməkhaqqı ilə işlədiyini, öz ixtisasları üzrə işləyib-işləmədiyini, eləcə də 20-yə yaxın digər meyar üzrə reytinqini müəyyən edəcəkdir. Peşələr atlası sistemi barədə də məlumat verən sədr Texnologiya Universitetində yaradılan yeni Karyera Mərkəzinin fəaliyyətinə dəstək göstəriləcəyini qeyd edib.
Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.


Tarix: 21-07-2023, 23:15

Xəbəri paylaş