Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun dörd tələbəsi ərəb dili üzrə natiqlik müsabiqəsinin qalibi olub



Bakı Avrasiya Universiteti (BAAU) ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin birgə yaratdığı “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında natiqlik yarışı keçirilib. 
Müsabiqədə Bakı Dövlət Universiteti (BDU), BAAU, Azərbaycan Dillər Universitetində ərəb dili üzrə ixtisaslaşan tələbələr iştirak edib. 
Müsabiqənin yekun mərhələsində 25 tələbə iştirak edib. Onlar ərəb dilində mətnlər səsləndiriblər. Münsiflər heyəti müsabiqə iştirakçılarının aydın nitq bacarıqlarını və ərəb dilində onu səlis ifadə etmə qabiliyyətlərini qiymətləndirib. 
BDU-nun tələbəsi Mohammedali Axundov müsabiqədə I yerə layiq görülüb. BDU-nun tələbəsi Simuzər Məmmədzadə və BAAU-nun tələbəsi Aişə Nəbiyeva II yeri tutublar. III yerə isə BDU-nun tələbələri Yaşar Hüseynzadə, Səbinə Cəbrayılova və BAAU-nun tələbəsi Elmira Əhmədova layiq görülüblər. 


Tarix: 17-07-2023, 21:55

Xəbəri paylaş