Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İƏİT: Süni intellekt yaxın on ildə 27 peşəni sıradan çıxara bilər

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) son hesabatında qeyd olunub ki, bəşəriyyət süni intellekt “inqilabının” astanasındadır və yeni texnologiyalar yaxın on ildə robotlaşma riski altında olan 27 peşəni sıradan çıxara bilər.
AZƏRTAC təşkilatın hesabatına istinadla xəbər verir ki, “Süni intellekt və əmək bazarı” adlı hesabatda hazırda süni intellektdən nisbətən aşağı səviyyədə istifadə olunmasına baxmayaraq, texnologiyanın sürətlə inkişaf etdiyi, onun istehsal maliyyətlərini azaltdığı qeyd olunub. İƏİT-ə üzv ölkələrin hökumətlərinə xəbərdarlıq edilib ki, yaxın gələcəkdə inşaat, kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı sahələri də avtomatlaşma riski altında olacaq. Hesabatda bildirilir ki, hazırda süni intellekt böyük həcmdə işsizlik yaratmır, hətta postpandemiya dövründə ölkələrdə iş yerlərinin sayında artım da müşahidə olunur. Lakin yeni texnologiyaların daha sürətli inkişafı arzuedilməz nəticələrə səbəb olacaq. Belə ki, iş yerlərinin beşdə üçü robot texnologiyaları tərəfindən zəbt ediləcək, eyni zamanda, əməkhaqqıları da aşağı düşəcək. Hesabat müəllifləri hökumətlərə işəgötürənlərlə birlikdə bu sahədə təhsilin səviyyəsini yüksəltməyi, gənclərin süni intellekt biliklərinin artırılmasına şərait yaratmağı və texnologiya sahəsində iş yerlərinin sayını çoxaltmağı tövsiyə ediblər.
Hesabatda vurğulanıb ki, 2021-ci ildən qlobal iqtisadiyyatda tənəzzül olsa da, iş gücü bazarları nisbətən sabit qalıb. Postpandemiya dövründə bərpa olunan əmək bazarında işsizlik 1970-ci illərdən bəri ən aşağı səviyyədədir. Lakin inflyasiyanın yüksək səviyyəsi fonunda insanları real gəlirləri də azalıb. İƏİT bildirib ki, bu ilin ikinci yarısında və 2024-cü ildə qlobal miqyasda iş yerlərinin sayı artacaq.


Tarix: 12-07-2023, 21:20

Xəbəri paylaş