Elm və təhsil naziri Lerikdə vətəndaşların müraciətlərini dinləyib
İyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev Lerik rayonunda vətəndaşlarla görüşüb.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Görüşdə Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Görüşdə vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsil müəssisələrinin təmir-tikinti işləri, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri görüşə yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Tarix: 10-07-2023, 23:25
Xəbəri paylaş