BDU-nun SABAH qruplarının tələbəsi dünyanın 15 qabaqcıl universitetinə təqaüdlə qəbul olub
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Cavid Rəhimli dünyanın 15 qabaqcıl universitetinə təqaüdlə qəbul olub. Tələbəmiz onların arasında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universitetinin Xarici əlaqələr hüququ üzrə LL.M proqramını seçib. O, akademik və sosial göstəricilərinə görə azsaylı tələbəyə verilən 35000 dollar miqdarında "GW Law Merit Scholarship"ə layiq görülüb.
Tarix: 3-07-2023, 11:21
Xəbəri paylaş