Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə Vorvik Universiteti “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə İkili Diplom Proqramına start verildi


“Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında magistratura təhsil pilləsində İkili Diplom Proqramına start verilidi. 

Bu proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. 
Başqa sözlə, İngiltərəyə getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu ikili diplom proqramının əsas məqsədi bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanmasıdır.

Fəaliyyəti, tamamilə, dövlət hesabına təmin ediləcək proqram çərçivəsində Azərbaycan təhsili üçün yeni imkanlar açacaq Tədris Proqramı 2024 QS dünya universitetləri reytinq cədvəlində 67-ci yerdə olan Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə reallaşacaq. 
Proqram “Warwick Manufacturing Group” (WMG) tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir. 
Proqrama uyğun olaraq tələbələr İngiltərənin tanınmış bərpa olunan enerji şirkətlərinə baş çəkmək və Böyük Britaniyada günəş fermalarını və külək turbinlərinin istismar zonalarını araşdırma fürsətini əldə edəcəklər. Yay Məktəbi Sessiyası ərzində tələbələrə, həmçinin, “Advanced Renewable Energy Technologies” və “UK Renewable Energy Sector” fənn blokları tədris olunacaqdır
Sözügedən təhsil proqramı üçün tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin karbonsuz təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcəklərdir. 
 
Proqrama qəbul şərtləri:
6.5 IELTS imtahan balı (hər bir komponent üzrə minimum 6.0 olmaqla);
Namizədin motivasiyasını, şəxsiyyət və ünsiyyət bacarıqlarını, həmçinin yaradıcılığını nümayiş etdirən video müraciət (maksimum 2 dəqiqə uzunluğunda);
2023-cü il Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan magistraturaya qəbul imtahanından minimum 30 keçid balı;
Bakalavr dərəcəsinə uyğunluq (ixtisaslar posterdə qeyd edilib);

Qeyd: Əgər siz IELTS imtahanında iştirak etməmisinizsə və Dövlət İmtahan Mərkəzi tərəfindən cari il üzrə keçirilən magistratura imtahanında iştirak etmisinizsə, buradan https://soft-mod.com/form/interest-apply  qeydiyyatdan keçərək Tədris Proqramına olan marağınızı nümayiş etdirə bilərsiniz. Bundan sonra potensial namizədlər üçün 07/07/2023 tarixində ödənişi namizədlər tərəfindən edilməklə qapalı IELTS imtahan sessiyası təşkil olunacaq. Əgər namizəd İkili Diplom Proqramına daxil olarsa, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu xərci tələbəyə geri ödəyəcək.
Tədris Proqramı barədə ətraflı məlumat və yeniliklər üçün asoiu.edu.az saytına daxil olun və ya posterlərdəki QR kodları skan edin!
Əlavə suallarınız üçün [email protected], rəsmi qeydiyyat və qəbulla bağlı məsələlərlə bağlı [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Maraqlananlar (+994) 503408827 nömrəsi ilə WhatsApp vasitəsilə də əlaqə saxlaya bilərlər.
http://asoiu.edu.az/new/single_news/2154


Tarix: 2-07-2023, 14:06

Xəbəri paylaş