Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Respublikada kimya sahəsində impakt faktorlu ilk jurnal


AR Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft kimyası və neft emalı prosesləri” jurnalı respublikada kimya sahəsində impakt faktorlu ilk jurnal olub. Jurnal “Web of Science” bazasında Q4 kateqoriyasına daxil edilib və impakt faktoru 0.2-dir.
Nəşrin baş redaktoru akademik Vaqif Abbasovdur.
Qeyd edək ki, hər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatları, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri, metalların korroziyası, səthi-aktiv maddələr kimyası ilə bağlı məsələlər öz əksini tapır.
Jurnal 2016-cı ildən yalnız ingilis dilində nəşr olunaraq “Web of science” bazasına daxil edilib. 2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib.

www.science.gov.az 


Tarix: 2-07-2023, 13:59

Xəbəri paylaş