“Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı impakt faktor alıb
“Clarivate” şirkətinin 2023-cü il Jurnalların İstinad Hesabatına (JCR – Journal Citation Reports) görə ingilis dilində nəşr edilən “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” (“Proceedings of the Institute of Mathematics and Mechanics”) jurnalı ilk dəfə olaraq impakt faktor alıb.
Jurnalın son 2022-ci il üçün impakt faktoru 1.1-ə bərabədir. Onun beş illik impakt faktoru 0.8-dir. Bundan əlavə qeyd edilməlidir ki, “Clarivate” şirkətinin yuxarıda adı çəkilən hesabatında jurnalın 2022-ci il üçün İstinad Göstəricisi (JCI – Journal Citation Indicator) yüksələrək 0.93-ə çatıb. Bu göstəriciyə görə “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı hal-hazırda “Web of Science ESCI” bazasına daxil olan 482 jurnal arasında 107-ci yerdə qərarlaşır və onun kvartili Q1-dir (siyahıda ilk 25% jurnalın arasındadır).
Beləliklə, “Clarivate” şirkətinin son açıqlamasına görə, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Web of Science ESCI” (Emerging Sources Citation Index) bazasına daxil olan Q1 kateqoriyalı, yüksək impakt faktorlu jurnal hesab edilir.
www.science.gov.az
Tarix: 2-07-2023, 13:56