Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Nə etməli? Beynəlxalq və yerli qrantlar: imkanlar və problemlər”


Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Nə etməli? Beynəlxalq və yerli qrantlar: imkanlar və problemlər” mövzusunda seminar keçirilib.
Məruzəçi institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. O, ilk olaraq mövzunun aktuallığından danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyi ilə “Scopus” elmi bazası arasında müqavilə imzalanıb və bu müqavilə əsasında ölkə miqyasında bütün təhsil, elmi tədqiqat institutlarına və araşdırma mərkəzlərinə elmi bazaya girişin təmin olunması nəzərdə tutulub.
O, həm fundamental elmin, həm də elmin kommersiyalaşmasında beynəlxalq və yerli qrantlar, həmçinin onlardan istifadə olunması imkanları mövzusunda məruzə ilə çıxış edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.


Tarix: 20-06-2023, 20:13

Xəbəri paylaş