Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sertifikatlaşdırma prosesinə start verilib

   İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 
 Sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunur. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. 
  Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.
                                                          ***
Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 20-də imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
 
Mediatur iştirakçılarına məlumat verilib ki, bu gün ilk olaraq ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma imtahanları keçirilir. 20 000-ə yaxın ibtidai sinif müəllimi 20-23 iyun tarixlərində imtahana cəlb olunacaq. İyunun 24-də isə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi üçün test imtahanları keçiriləcək. 
 
Mediaturda iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir və sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə, bacarıq sərgiləyirlər.
Mətin Kərimli əlavə edib ki, sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun maaş artımına və sosial rifahın yüksəlməsinə də imkan yaradır.  
Daha sonra qonaqlar  proseslə bağlı fikir mübadiləsi aparıblar.



Tarix: 20-06-2023, 20:06

Xəbəri paylaş