Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UFAZ əməkdaşları BDU-nun Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Baş katibi Elizaveta Bydanova,  Kimya və kimya mühəndisliyi tədqiqat şöbəsinin müdiri Kristof Serra Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində olublar. 
Görüşdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova, Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının elmi işçisi Ələkbər Hüseynzadə iştirak ediblər. 
Görüş zamanı universitetlər və fakültələrarası elmi əməkdaşlıq müzakirə edilib, beynəlxalq layihələr hazırlanması planlaşdırılıb. 
Qonaqlar Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar. 


Tarix: 19-06-2023, 14:44

Xəbəri paylaş