Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetində bölgə universitetləri arasında 3 tərəfli memorandum imzalanıb



Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Üçtərəfli sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov, Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru dos. Şahin Bayramov imzalayıb.

Azərbaycan Texnologiya Universitetində imzalanan memorandum elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsi, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsi, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkili və.s sahələri əhatə edir.


Tarix: 16-06-2023, 17:33

Xəbəri paylaş