Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutunun alimləri 2023-cü ildə 7 patent alıblar

 
Cari ilin 6 ayında dərc olunan 32 elmi məqalənin 15-i impakt faktorlu nüfuzlu xarici jurnallardadır
 
Azərbaycan elmi öz inkişaf səviyyəsinə görə qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün Azərbaycanda elm sahəsində ciddi islahatlar aparılır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunda da bu sahəni inkişaf etdirmək üçün alimlərimiz istər fundamental, istərsə də tətbiqi sahədə mühüm elmi nəticələr əldə ediblər.
İnstitut əməkdaşlarının 2023-ci ilin 6 ayı ərzindəki fəaliyyəti qənaətbəxş olmuşdur. Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının müdiri, k.ü.f.d. Minaxanım Musayevanın verdiyi məlumata görə, bu müddətdə institut əməkdaşları 19 konfransda məqalə və tezislərlə təmsil olunmuşlar. Bu konfransların 9-u respublikada, 10-u isə xaricdə keçirilmiş, konfranslara 50 tezis (39 tezis respublika konfranslarına, 11 tezis xarici konfranslara) təqdim olunmuşdur. 2022-ci illin hesabat dövründə isə bu göstəricilər 14 konfransda 104 tezis və məqalədən ibarət olmuşdur ki, həmin konfranslardan 8-i respublikada (97 tezis), 6-sı xaricdə (7 tezis) keçirilmişdir.
Cari ildə müxtəlif elmi jurnallarda institut əməkdaşlarının 23 (5 respublika, 18 xarici jurnallarda)konfrans materiallarında isə 9 məqaləsi (7 respublika, 2 xarici konfrans materiallarında) – cəmi 32 məqalə dərc olunmuşdur. İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 15 (РИНЦ 5, Web Of Science 10) olmuşdur. Nəzərə alsaq 2022-ci ilin müqayisə olunan dövründə AKİ alim və mütəxəssislərinin 16 (4 respublika və 12 xarici jurnalda) məqaləsi dərc olunmuşdur ki, bunlardan 13-ü (4 РИНЦ, 9 Web Of Science) impakt faktorlu jurnallardadır, onda bu il elmmetrik göstəricilərin yaxşılaşdırılması istiqamətində əməli addımlar atıldığını söyləmək olar. 
Cari ilin hesabat dövründə elmi məqalələrə olan istinadların sayında da artım qeydə alınmışdır. Belə ki, bu il istinadların sayı 174, 2022-ci I yarısında isə institut əməkdaşlarının məqalələrinə edilən istinadların sayı 160 təşkil etmişdir.
M.Musayeva qeyd edib ki, hesabat dövründə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə AKİ tərəfindən 10 ixtiraya dair iddia sənədi göndərilmiş, ixtiranın dərci üçün müsbət qərar, 7 patent alınmışdır.
2022-cü ildə isə bu göstərici Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə göndərilən 11 ixtiraya dair iddia sənədi, ixtiranın dərci üçün müsbət qərar və 1 patentdən ibarət olmuşdur. 
 
 
 
 


Tarix: 16-06-2023, 14:16

Xəbəri paylaş