Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Respublikası elm və təhsil naziri Naxçıvanda səfərdədir





Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad edilib. 

Səfər çərçivəsində nazir və onun nümayəndə heyəti Heydər Əliyev adına tam orta məktəbində məzun gününün qeyd olunması ilə bağlı tədbirdə iştirak edəcək.
Proqrama uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil nazirinin  Naxçıvan muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi ilə görüşü baş tutacaq.
Azərbaycan Respublikası elm və təhsil nazirinin iştirakı ilə “STEAM Təlim-Tədris Mərkəzi”nin açılışı reallaşdırılacaq.  
 Təbii Ehtiyatlar İnstitutu və Bioresurslar İnstitutu ilə tanışlıqdan sonra  nazir Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altındakı Muzey Kompleksini ziyarət edəcək. Nazirin Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Batabat Astrofizika Rəsədxanasına ziyarəti də nəzərdə tutulur. Günün sonunda Şahbuz rayon məktəbdənkənar təhsil müəssisələri üçün tikilən yeni binaya baxış olacaq.



Tarix: 14-06-2023, 10:00

Xəbəri paylaş