Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə IELTS imtahanında uğur qazanmış BDU tələbələrinin təltifolunma mərasimi
Bakı Dövlət Universitetində (BDU) Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə IELTS imtahanında uğur qazanmış tələbələrin təltifolunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Təhsilin İnkişafı Fondunun yaradılması ali təhsil müəssisələrinin inkişafı üçün böyük fürsətdir. Ali məktəblər Fondun yaratdığı bütün imkanlardan yararlanmalıdır. Rektor bildirib ki, xarici dillərin, o cümlədən elm, inkişaf dili sayılan ingilis dilinin öyrənilməsi günün tələbidir. Bunu nəzərə alaraq BDU-da dövlət-özəl əməkdaşlığı formatında “You will speak” Dil Mərkəzi yaradılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova imtahanda uğur qazanan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O qeyd edib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması ali təhsil müəssisələrinin illik fəaliyyət planlarının tərkib hissəsidir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrlə bağlı təqdimat edib. O bildirib ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb. Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə icra etdiyi layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir. Artıq Bakı Slavyan Universiteti də layihəyə qoşulub. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.
Sonda BDU-nun IELTS imtahanında uğurlu nəticə göstərən 18 tələbəsinə müvafiq sertifikatlar təqdim olunub.

Tarix: 14-06-2023, 00:03
Xəbəri paylaş