Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU aliminin tədqiqatlarının nəticələri məşhur “The Physical Review D” jurnalında dərc olunub

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayevin “B+→Ds+ Ds- K parçalanmasının  Ds+ Ds kütlə paylanmasında astana-yaxın strukturlar” (“Near-threshold structures in the  Ds+ Ds-  mass distribution of the decay B+→Ds+ Ds- K+”), “T0cs0(2900)++  rezonansının D*+K*+ adron molekulu kimi modelləşdirilməsi” (“Modeling the resonance T0cs0(2900)++ as a hadronic molecule D*+K*+”) və “X(3960) qapalı çarm-streync skalyar tetrakvark kimi” (“X(3960) as a hidden charm-strange scalar tetraquark”) adlı üç məqaləsi  “Web of Science” bazasında Q1 kvartilli jurnallar siyahısına daxil olan “The Physical Review D” jurnalının müxtəlif nömrələrində dərc olunub. 
 
https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.107.094018
https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.107.094019
https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.107.054017
 
Məqalələrdə son illərdə əsasən LHCb eksperimentinin müşahidə etdiyi müxtəlif adron rezonanslarının xassələri öyrənilib, onların kütlələri və tam effektiv en kəsikləri molekul və tetrakvark modelləri çərçivəsində hesablanıb. Əldə olunmuş nəzəri və eksperimental nəticələrin müqayisəli analizi aparılıb.  


Tarix: 14-06-2023, 16:00

Xəbəri paylaş