Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Riyaziyyatçılarımız Türkiyədə 16 medal qazanıb




İlk dəfə olaraq Azərbaycanın qoşulduğu “Türkiyə Matamatik Yarışması”nda ölkəmizi 35 şagird təmsil edib.
 
Yarışmanın Azərbaycanda rəsmi nümayəndəsi olan “Global Olympic Center”in təşkilatçılığı ilə Azərbaycandan 35 şagird “Türkiyə Matamatik Yarışması”nda iştirak üçün Türkiyənin İzmir şəhərinə yollanıb. 1 həftə müddətində komandamız uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, şagirdlərimiz İzmirin ən böyük məktəbi olan Bornovo Anadolu liseyində təşkil olunan yarışmanın final mərhələsində çıxış edib. İyunun 8-də və 9-da isə Aydında “Tales Matamatik Muzeyi”ndə, “İzmir Doğal Yaşam parkı”nda, bir sıra tarxi yerlərdə olublar.
 
İzmir Ekonomu Universitetində keçirilən mükafatlandırma mərasimində şagirdlərimizdən 16 nəfər müxtəlif əyyarlı medallar qazanıblar. Belə ki, Murad Məmmədli, Sulduz Hacıyev, Toğrul Məmmədli, Alikamal Hasan qızıl, Kamran Allahverdi, Zeynəb Əzizli, Nazim Nağızadə gümüş, Aslan Rzayev, Mehdi Həbibzadə, Tofiq Zeynallı, Nihat Zeynallı, Tunar Həsənzadə, Aydan Babayeva, Məhəmməd Həsənli, Əli Alməmmədli bürünc mükafat qazanıb. Şagirdlərimizdən 3 nəfər öz yaşıdları arasında dərəcə fərqi yaradaraq (Murad Məmmədli qızıl və Sulduz Hacıyev, Toğrul Məmmədli) gümüş ulduz mükafatını alıblar.


Tarix: 12-06-2023, 22:30

Xəbəri paylaş