Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Özbəkistanın Mukimiy adına Qo'qon Dövlət Pedaqoji İnstitutunun rektoru BDU-da


 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Mukimiy adına Qo'qon Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Khojayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  
BDU-nun rektoru Elçin Babayev xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin bu gün uğurla davam etdiyini bildirib. O, türkdilli dövlətlərin daha da sıx birləşməsində elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rola malik olduğunu vurğulayıb. Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini diqqətə çatdırıb. Rektor daha sonra qonaqları BDU-nun tarixi, tədris, elmi fəaliyyəti barədə məlumatlandırıb. 
Özbəkistanın Mukimiy adına Qo'qon Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Khojayeva isə BDU ilə elm, təhsil sahələrində birgə layihələr icra etməkdə, təcrübə mübadiləsində, professor-müəllim heyətinin peşəkarlığının artırılması və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.  
Görüşdə BDU ilə Qo'qon Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.  
  


Tarix: 12-06-2023, 19:13

Xəbəri paylaş