BDU-nun dosenti vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov ürəktutmasından vəfat edib.
Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Gürcüstan Dmanisi rayonunun Gəyliyən kəndində anadan olub. 1982-ci ildə BDU-nun Tarix fakültəsinə daxil olub. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin (Sankt-Peterburq Universiteti) Tarix fakültəsinə göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-1996-cı illərdə əyani aspiranturada təhsil alıb. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2019-cu ildə Prezidentin İlham Əliyevin sərəncamı ilə BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri “Əməkdar elm xadimi” adı verilib.
Kərəm Məmmədov 1991-1993-cü illərdə BDU-nun Tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışıb. 1996-cı ildən BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 2004-cü ildə BDU-nun Arxeologiya ve Etnoqrafiya kafedrasının dosenti, 2019-cu ildə Arxeologiya ve Etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib. Kərəm Məmmədov elmi-pedaqoji fəaliyyətdi dövründə 2 dərslik, 100-dən çox elmi-metodiki vəsait və elmi məqalənin müəllifi, 2 kitabın və 6 dərsliyin həmmüəllifi olub.
Allah rəhmət eləsin!
Tarix: 11-06-2023, 16:39