Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb


 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başlayıb. 
 
İnstitutun Təhsil Şöbəsindən verilən məlumata əsasən, 1 ay davam edən sessiyanın ikinci yarım ilində tədris olunan 7 fənn əsasında magistrantların yekun biliyi qiymətləndiriləcək. Həmin fənnlərdən 3-ü – fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada Mərkəzi Elmi Kitabxanada, qalan 4 ixtisasla bağlı fənn (Üzvi kimyanın nəzəri məsələləri, Üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya, Zərif üzvi sintez II) üzrə isə AKİ-nin özündə tədrisi həyata keçirən müəllimlər tərəfindən keçiriləcək.
 
 Magistrantlar yay sessiyasının ilk imtahanını “Üzvi kimyanın nəzəri məsələləri” fənnindən verdilər.Yazılı şəkildə 2 saat müddətində 5 sualı cavablandıran magistrantların bilikləri əla qiymətləndirilib.
Magistrantların yay imtahan sessiyası 23 iyun 2023-cü il tarixində başa çatacaq.
 
 
 


Tarix: 8-06-2023, 16:55

Xəbəri paylaş