Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fizika İnstitutunda “Springer Nature” və “MA GROUP”un əməkdaşları ilə görüş keçirilib




AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə “Springer Nature”in əməkdaşı Darya Sovelyeva (onlayn rejimdə) və “MA GROUP”un əməkdaşları Kamilla Minlibaeva və Mariya Kondrateva sözügedən müəssisədə olublar.
AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik  Arif Həşimovla görüş zamanı ekspert mübadiləsi üçün mövcud tələblər, Fizika İnstitutunun jurnallarının “Springer Nature” platformasına daxil edilməsi imkanlarının araşdırılması, institutun əməkdaşlarının “Springer Nature” elmi platformasında iştirak imkanlarının araşdırılması və digər əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra institutda seminarı təşkil olunub.
Seminarı giriş sözü ilə institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açaraq bildirib ki, “MA Group AG” ilə Fizika İnstitutu arasında əməkdaşlığın təməli elmin müvafiq sahələri üzrə “MA Group AG”nin malik olduğu resurslara müddətli giriş təşkil olunub.
Sonra “Springer Nature”nin əməkdaşı Darya Sovelyeva onlayn rejimdə və “MA Group AG”nin əməkdaşları Kamilla Minlibaeva və Mariya Kondrateva canlı olaraq təqdimatlarla çıxış edərək təmsil etdikləri qurumların malik olduqları potensialdan və xidmətlərdən söhbət açıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.


Tarix: 6-06-2023, 23:12

Xəbəri paylaş