Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qızların nəticələri oğlanlardan daha yüksəkdir


Ümumi təhsil müəssisələrinin 4-cü siniflərində təşkil ediləcək monitorinq imtahanlarının onların kəsilməsi, yaxud sinifdə qalması ilə heç bir əlaqəsi yoxdur. Şagirdlər imtahanlardan sonra 5-ci sinfə keçirlər.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu imtahanlar şagirdlərin gələcəkdə təhsildə daha yaxşı nəticə əldə edilməsinə hədəflənib: “IV siniflərin monitorinqi imtahanlarında qızların nəticələri oğlanlardan daha yüksəkdir. Həmçinin Azərbaycan bölməsinin nəticələri rus bölməsi ilə müqayisədə daha yüksəkdir. Eyni zamanda, ana dili üzrə nəticələr riyaziyyatdan yüksəkdir”.


Tarix: 5-06-2023, 13:42

Xəbəri paylaş