Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurlu çıxış
31 may və 1 iyun tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib.
4 məktəbli ilə yarışda təmsil olunan komandamızın bütün üzvləri qaliblər sırasında yer alıblar. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin 8-ci sinif şagirdi Zəhra İbişova gümüş, Kimya, biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Rəfiqə Qəmbərova bürünc, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 8-ci sinif şagirdi Davud Tarverdili bürünc, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Fərhad Hüseynov isə bürünc medal qazanıb.
Tarix: 5-06-2023, 13:40
Xəbəri paylaş