Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri: Erkən inkişaf insan resursunun gələcəyidir



Dünyada bəlli bir sayda istedadlı insanlar doğulur. Onları tapmaq və vaxtında inkişafına nail olmaq lazımdır. Digər yandan, hər bir insan mütləq ki bir şeydə istedadlıdır. Onun istedadını vaxtında aşkarlamaq ölməyə qoymamaq lazımdır. İnandığım odur ki, insanlar dünyaya istedadlı gəlirlər. Sadəcə olaraq mühit həmin istedadı nə dərəcədə böyüməyə, cücərməyə imkan verir ya da heç şərait yaratmır?
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları və İdarəetmə Forumunda deyib.
Nazir fikirlərinə belə davam edib: "Hər bir uşağın normal uşaqlığı təmin olunmalıdır. Ailə, ev, məktəb, ətraf bu işdə rol oynayır. Uşağın həyatını müəyyən edən əsas müddət ana bətnindəki son üç ayından başlayaraq üç yaşına qədər olan dövrdür. Fundament çox vacibdir. Bu müddətdə bizim görmədiyimiz proses - ciddi beyin inkişafı gedir və bu, uşağın ətraf mühiti ilə bağlıdır. Həmin dövrdə olan uşağı inkişaf etdirmək üçün ciddi maliyyəyə ehtiyac yoxdur. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bundan sonra isə təhsil və cəmiyyət-ailə-mühit bloku gəlir. Biri daha çox bacarıqlar, digəri isə dəyərlərlə bağlıdır. Biz uşaqlara hansısa suallara cavab verməyi yox, düzgün sualları verməyi öyrətməliyik. Kim daha çox sual verməyi bacarırsa, aldığı informasiya da daha çox olacaq. Erkən inkişaf insan resursunun gələcəyidir. Cəmiyyətimizdə təhsilə olan yanaşma da köklü şəkildə dəyişməlidir. Fiziki prosesdən motivasiyaya əsaslanan konsepsiyaya çevirməyimizdə böyük fayda görürəm".



Tarix: 3-06-2023, 16:12

Xəbəri paylaş