Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali məktəblərə yalnız bir dəfə müsabiqədənkənar qəbul mümkündür


Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi tarixlərdə şəxsən Mərkəzin və ya onun regional bölmələrinə müraciət edərək qəbul olunmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız tədrisi ingilis dilində aparılan ixtisasları seçə bilərlər.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına yalnız “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən, Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahn verərək “məqbul” qiymət alan abituriyentlər malikdirlər. Həmçinin beynəlxalq müsabiqələrin və yarişların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər. Beynəlxalq müsabiqənin və ya yarişın qalibi tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır.


Tarix: 2-06-2023, 13:28

Xəbəri paylaş