Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Təhsil haqqında” qanuna dəyişikliklər edilir

“Təhsil haqqında” qanuna dəyişikliklər edilir. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur.
AZƏRTAC xəbər verir ki, “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.
Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.
Altmış və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.


Tarix: 31-05-2023, 16:00

Xəbəri paylaş