Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU tələbələri Azərbaycan İstiqlal Muzeyində




 
Bakı Dövlət Universitetinin (BDU) tarixi muzeyinin təşkilatçılığı ilə Jurnalistika fakültəsinin bir qrup tələbəsi Azərbaycan İstiqlal Muzeyini ziyarət edib.
 
Ziyarət zamanı muzey bələdçisi tələbələrə Azərbaycan İstiqlal Muzeyi barədə geniş məlumat verib. Qeyd edib ki, 1991-ci il yanvarın 9-da yaradılan muzeyin əsas məqsədi ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdir. Bildirilib ki, 6 zaldan ibarət muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və burada tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir.
 
Tariximizin böyük bir hissəsini özündə əks etdirən Azərbaycan İstiqlal Muzeyini ziyarət tələbələrdə xoş təəssürat yaradıb.


Tarix: 30-05-2023, 10:35

Xəbəri paylaş