Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

43 il sonra MƏZUNLARLA GÖRÜŞ

 
 

Vaqif Mahmudov
Azərbaycanın Əməkdar müəllimi, SSRİ Maarif əlaçısı, 
Qabaqcıl təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru
 
25  may 2023-cü il tarixində Xızı (keçmiş Abşeron) rayonunun Şuraabad kənd tam orta məktəbini 43 il öncə (1980-ci ildə) bitirmiş məzunları ilə görüş keçirildi. Tədbirin təşkil olunub keçirilməsində həmin sinfin rəhbəri olmuş Züleyxa Məmmədovanın və məzun Firəngiz Muradovanın müstəsna rolu olmuşdur.
Görüşdə həmin vaxtı məktəbin müəllimləri olmuş Nadir Ağayev (biölogiya), Əbdürrəhman Hüseynov (tarix), Nofəl Əhmədov (rus dili), Ağasəlim Məmmədov (kimya), Züleyxa Məmmədova (ingilis dili) və Vaqif Mahmudov (riyaziyyat) iştirak etdi. 18 iştirakçıdan 12-si məzun, 6 nəfəri isə həmin məzunlara dərs demiş müəllimlər idi.

 
Tədbiri giriş sözü ilə o zaman məktəbdə müxtəlif vaxtlarda direktor vəzifələrində çalışmış N. Ağayev və Ə. Hüseynov açmışlar.
Tədbirin əsas məqsədi məzunlarla əlaqələri genişləndirmək, bu şəxslərin nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə, məktəbə maraqlarını daha da artırmaq və məktəbin ictimai həyatında daha fəal iştirakını təmin etmək idi.
  
Görüşün bütün iştirakçıları çıxış etdi.
Çıxışlarda keçmiş məktəb xatirələri, xoş məqamlar, hadisələr yada salınıb, daha sonra təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazanılmış uğurlardan danışılıb, məktəbi 43 il əvvəl bitirənlər arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğu bildirilib.
Tədbirin sonunda məzunlar onların boya-başa çatmasında, biliklərə yiyələnməsində zəhməti olan müəllimlərinə və bu tədbirin təşkilində böyük rolu olanlara öz təşəkkürlərini bildirdilər və xatirə şəkilləri çəkdirdilər.



 


Tarix: 27-05-2023, 15:33

Xəbəri paylaş