Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İbrahim Zeynalov: Cümhuriyyətin tarixi ilə bağlı geniş elmi araşdırmalar aparılır

Hər il Bakı Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tədbirləri geniş şəkildə qeyd edilir. Yubiley tədbirlərində respublikamızın alimləri ilə yanaşı, Azərbaycan tarixini tədqiq edən digər ölkələrin mütəxəssisləri, tədqiqatçıları da fəal iştirak edirlər. Cümhuriyyətin tarixi ilə bağlı geniş elmi araşdırmalar aparılır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov söyləyib. İ.Zeynalov bildirib ki, Cümhuriyyət çox çətin bir dövrdə qurulmuşdu. Demokratik prinsiplər Cümhuriyyətin siyasi həyatında, sosial-iqtisadi, mədəni həyatında mühüm yer tuturdu. Milli dəyərlərin qorunub saxlanılmasında və onun zənginləşdirilməsində Cümhuriyyətin çox böyük rolu olub. Cümhuriyyət dövründə təhsil sahəsinə də xüsusi önəm verilib, ölkəmizin nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb.
“1920-ci ildə 11-ci Qırmızı ordu Bakıya daxil olandan sonra Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. 23 ay yaşamasına baxmayaraq Cümhuriyyət Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində demokratik əsaslara, demokratik quruluşa əsaslanan dövlət olub. Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda yox, ümumiyyətlə Türk dünyasında, Şərq ölkələri arasında ilk demokratik dövlət olub. Bu il Cümhuriyyətin 105 illiyi qeyd edilir. Bu, bizim üçün çox əlamətdar hadisədir”, - deyə tarixçi alim vurğulayıb.


Tarix: 27-05-2023, 15:13

Xəbəri paylaş