Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Biologiyanın aktual problemləri davamlı inkişaf kontekstində”


Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biologiyanın aktual problemləri davamlı inkişaf kontekstində” mövzusunda Respublika elmi konfransı keçirilib. 
Biologiya fakültəsinin dekanı Afət Məmmədova bildirib ki, konfrans ölkənin davamlı inkişafını təmin etmək üçün prioritet elmi tədqiqatlara müasir innovativ texnologiyaların  tətbiqinin effektivliyinin təhlili və qiymətləndirməsinə, biologiyanın inkişafında intellektual kapitalın əhəmiyyətinin artırılmasına xidmət edir. Konfrans elmi və texnoloji inkişafın müasir mərhələsində biologiyanın aktual problemlərinin həllinə müxtəlif mütəxəssis və alimləri cəlb etmək, bu sahədə tədqiqat işlərinin elmi-praktik nəticələrini ümumiləşdirmək, habelə onları populyarlaşdırmaq məqsədi daşıyır. 
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İlham Şahmuradov, Zoologiya İnstitutunun direktoru, dosent Ələddin  Eyvazov, Botanika İnstitutunun icraçı  direktoru, professor Şakir Qasımov, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova, ATU-nun Farmakologiya kafedrasının müdiri Məhbubə Vəliyeva , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi kafedrasının müdiri, dosent Anaxanım Yusifova çıxış edərək biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar. 
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. 
Plenar sessiyada Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov və Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Saib Güləhmədov məruzələrlə çıxış ediblər. 
Konfransa müxtəlif ali məktəb və elmi-tədqiqat institutlarından 185 material təqdim olunub. Baglanış mərasimində BDU rektorunun elm və təhsil üzrə müşaviri, professor Aydın Kazımzadə, Beynəlxalq ələqələr üzrə prorektor, dosent Şahin Pənahov və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov  konfransın işini qənaətbəxş qiymətləndirib, iştirakçılara sertifikatlar təqdim ediblər. 
 
 
 
 


Tarix: 26-05-2023, 15:30

Xəbəri paylaş