Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçiriləcək


Rəqəmsal SAT imtahanı 2023-cü il iyunun 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:
1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2.  Buraxılış vərəqəsi – “Admission Ticket”;
3.  “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
Qeyd edək ki, 3 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.
Faydalı keçidlər:

2023-cü ildə SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
  • 26 avqust
  • 7 oktyabr
  • 4 noyabr
  • 2 dekabr
Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]


Tarix: 25-05-2023, 17:47

Xəbəri paylaş