Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bu günədək 25 min 803 tələbə təhsil krediti almaq üçün müraciət edib



Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan statistikası açıqlanıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 25 min 803 tələbə kredit almaq üçün müraciət edib.
TTKF fəaliyyətə başladığı gündən 18 min 709 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 6 min 836 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 11 min 873 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.
Kredit alan tələbələrin 10 min 719-u qadın, 7 min 990-nı kişidir.



Tarix: 25-05-2023, 17:34

Xəbəri paylaş