Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AzTU ilə Bahçeşehir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Türkiyənin Bahçeşehir Universitetinin rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Görüş zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və yeniliklər barədə məlumat veriblər. Həmçinin AzTU ilə Bahçeşehir Universiteti arasında müvafiq sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sonra hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.


Tarix: 24-05-2023, 22:32

Xəbəri paylaş