Azərbaycanın elm və təhsil naziri Tbilisidəki 73 saylı məktəbdə olub
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına 73 saylı tam orta məktəbdə olub.
AZƏRTAC xəbər verir ki, məktəbdə keçirilən görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev də iştirak ediblər.
Məktəbin direktoru Salman Pirməmmədov nazirlərə təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonar şagirdlər qonaqları salamlayıblar.
Nazirlər şagirdlərə təhsilə daha böyük maraq göstərmələrini tövsiyə ediblər.
Sonra son zəng çalışıb. Nazirlər Emin Əmrullayev və Giorgi Amilaxvari, səfir Faiq Quliyev şagirdləri son zəng münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Tarix: 19-05-2023, 23:09
Xəbəri paylaş