Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

III Məktəblilərarası Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

 
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan olunub. Mayın 14-də Bakı Dövlət Universitetində (BDU) keçirilən olimpiadanın məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.
 
Təşkilat Komitəsinin qərarına əsasən, maksimal qiymətin 60%-ni toplamış iştirakçılar olimpiadanın qalibləri hesab ediliblər. Seçilmiş şagirdlər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Maksimal qiymətin 50%-ni toplamış şagirdlər isə diplomla təltif olunacaqlar. Yekun nəticələrlə aşağıdakı "Nəticələr" hissəsindən tanış ola bilərsiniz.
 
Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və   Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı və Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilib.
 
Nəticələr


Tarix: 17-05-2023, 21:23

Xəbəri paylaş