Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Respublika elmi konfransı: “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə”



Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” adlı Respublika elmi konfransı keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, respublikamızın ətraf mühitinin qorunması sahəsindəki xidmətləri və ekoloji siyasəti barədə ətraflı məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.
Konfransın plenar iclasında Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri, akademik Qərib Məmmədovun “Heydər Əliyevin aqrar islahat modeli”, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın “Ulu Öndər Heydər Əliyevin irsi”, Coğrafi ekologiya kafedrasının professoru Şövqisəfa Göyçayskinin “Milli Lider Heydər Əliyevin irsi həmişəyaşardır”, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyevin “Müstəqil Azərbaycanın memarı” və Coğrafi ekologiya kafedrasının dosenti Tahir İbrahimovun “Heydər Əliyev və Azərbaycan təbiətinin mühafizəsi” mövzularında çıxışları dinlənilib.    
Çıxışlarda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğu, sabitliyin bərqərar olduğu, xarici siyasətdə böyük uğurlar qazanıldığı vurğulanıb.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İşğaldan azad edilmiş ərazilərin ekoloji problemləri, təbii mühitin yenidən bərpasının istiqamətlərinin müzakirə olunduğu bölmə iclaslarında BDU, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mikrobiologiya, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutu, Azərbaycan Dövlət Pedoqoji Unversiteti, Bakı Mühəndislik Unversiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti və digər təşkilatların əməkdaşlarının məruzələri dinlənilib.
Konfrans öz işini sabah bölmələr üzrə davam etdirəcək.


Tarix: 16-05-2023, 22:23

Xəbəri paylaş