Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan PIRLS 2021 tədqiqatında 35-ci sırada 440 bal toplayıb



Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PIRLS 2021) açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, bu tədqiqat COVID-19-un təsirlərini ölçməyə yönəlib və gözlənildiyi kimi qlobal nəticələrdə geriləmə müşahidə edilib. Qiymətləndirmədə Azərbaycan da daxil olmaqla 65 ölkə və 400 min şagird iştirak edib. Azərbaycan üzrə isə ümumilikdə 184 məktəb üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb. Müşahidələrə əsasən COVID-19 təhsilə ciddi təsir edib. 2026-cı ildə növbəti “PIRLS”in nəticələri açıqlananda pandemiyadan sonrakı müddətdə itirdiklərimizi bərpa edib-etmədiyimizi biləcəyik. Təsirlər təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrinin tədrisində hiss olunub.


Tarix: 16-05-2023, 22:19

Xəbəri paylaş