Nazir: 12045 nəfər tərbiyəçi müəllimdən 49 faizinin müvafiq təhsili yoxdur
Məktəbəqədər təhsil müəssisələrində çalışan heyətin məlumatlarının təhlili aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, burada çalışan 12045 nəfər tərbiyəçi müəllimdən 49 faizinin (5881 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Həmin şəxslər sənədlərini təqdim etdikləri təqdirdə onlara müvafiq vahid tarif cədvəlinə uyğun əməkhaqqı ödənişi ediləcək.
Tarix: 16-05-2023, 22:16
Xəbəri paylaş