ADNSU ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlının Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşü olub. Görüşdə M.Babanlı ADNSU-da tədrisin təşkili, əcnəbi tələbələrin təhsili, beynəlxalq əməkdaşlıq əlaqələri və layihələr haqqında ətraflı məlumat verib. O, ADNSU ilə Çinin ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışıb.
Səfir Qo Min Çin-Azərbaycan əlaqələrinin əhəmiyyətini vurğulayıb, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib. O, ADNSU-ya təhsil almağa gələn çinli tələbələrə ixtisasları ilə yanaşı, Azərbaycan dilinin də öyrədilməsi ilə bağlı istəyini ifadə edib.
Sonra səfir Qo Min ADNSU-nun muzeyləri və Azİİ Elektron Kitab Evi ilə tanış olub.
Tarix: 13-05-2023, 22:47